Neymar üçün 200 milyonluq təklif

16:23 27 Mart 2017

"Mançester Yunayted" klubu "Barselona"nın futbolçusu Neymarı heyətinə qatmaq istəyir. 
 
 
Sportarena.az xəbər verir ki, bu barədə İspaniyanın "Sport.es" saytı məlumat yayıb. Bildirilir ki, "qırmızı şeytanlar" hücumçuya görə "Barselona"ya 200 milyon avro ödəməyə hazırdır. İngiltərə klubunun baş məşqçisi Joze Mourinyonun danışıqlarda şəxsən iştirak etdiyi qeyd edilir. Danışıqların müsbət nəticələnəcəyi təqdirdə, braziliyalı forvardln qazancı 25 milyon avro olacaq. 
 
 
Qeyd edək ki, Neymarla maraqlanan klublar saırasında "Çelsi"nin adı da var. 


Xəbər xətti