Hollandiya millisində rekord yeniləndi - 84 ildən sonra

17:25 27 Mart 2017

“Ayaks”ın müdafiəçisi Matteys de Liqt Hollandiya futbolunun tarixinə düşüb.

 

Sportarena.az xəbər verir ki, o, 84 illik fasilədən sonra ölkənin əsas millisinin heyətində meydana çıxan ən gənc futbolçu olub. Matteys de Liqt millidə 17 yaş 225 günündə, DÇ-2018-in seçmə mərhələsində Bolqarıstana qarşı oyunda debüt edib.

 

Qeyd edək ki, 1933-cü ildə Mauk Veber adlı futbolçi 17 yaş 222 günündə ilk dəfə Hollandiya millisində oyuna çıxıb.


Digər xəbərlər

Xəbər xətti