FİDE-də qalmaqal - Rəsmi sayt istefa xəbərini yazdı, prezident təkzib etdi - AÇIQLAMA

18:25 27 Mart 2017

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov istefa verməsi ilə bağlı az öncə xəbər vermişdik
 

Sportarena.az xəbər verir ki, nə qədər qəribə görünsə də, İlümjinov vəzifəsindən getmədiyini deyib və federasiyanın saytında yerləşdirilən məlumatı təkzib edib:

 

"Məni vəzifədən götürmək istəyirdilər, amma bunu bacarmadılar. Mən heç nəyi imzalamamışam və istefaya getməyəcəyəm”.
 


Qeyd edək ki, artıq bir sıra mətbu orqanlarda FİDE-də ciddi qalmaqalların yaşandığı barədə xəbərlər yayılmağa başlayıb. Ancaq baş verənlərin təfərrüatları haqqında hələ ki geniş informasiya yoxdur.


Xəbər xətti