"Telekom" Azərbaycan çempionu oldu

18:36 27 Mart 2017

“Telekom” qadın voleybolçular arasında keçirilən Azərbaycan Super Liqasının 2016/2017 mövsümünün çempionu olub.

 

Sportarena.az xəbər verir ki, “rabitəçilər” son turda “Lokomotiv”lə görüşdə 3:0 hesablı qələbə qazanmaqla, qızıl medalları əldə ediblər. Bu, “Telekom”un tarixində ilk çempionluqdu. “Azərreyl” - “Azəryol”oyunun nəticəsi çempionluğa təsir etməyəcək.

 

Beləliklə, “Azərreyl” ötən il qazandığı çempion tituluyla vidalaşıb, ikinci oldu. "Azəryol" isə bürünc medalların sahibi olub.


Digər xəbərlər

Xəbər xətti