Aleksandr Səmədov: "Azərbaycan dünya çempionatına çıxmaq gücündədir" - AÇIQLAMA

21:49 27 Mart 2017

Rusiya millisinin və Moskva "Spartak"ının üzvü Aleksand Səmədov Azərbaycan millisinin DÇ-2018-dəki çıxışını dəyərləndirib


Sportarena.az xəbər verir ki, əslən azərbaycanlı olan yarımmüdafiəçi komandamızın dünya çempionatının final mərhələsinə vəsiqə qazanmağa qadir olduğunu bildirib:

 

"Azərbaycan milli komandasının çıxışını izləyirəm. Cari seçmə mərhələdə pis oynamırlar. Robert Prosineçkinin rəhbərlik etdiyi yeni komandada hər şey yaxşı gedir. Azərbaycan yığmasının turnir cədvəlindəki vəziyyətini nazərə alsaq, dünya çempionatına çıxmaq gücündədir".
 

Qeyd edək ki, AFFA Səmədova yığmamızda oynaması ilə bağlı  təklif göndərsə də, o, Rusiya millisini seçib.


Xəbər xətti