Özildən Azərbaycana təşəkkür paylaşımı - FOTO

10:19 28 Mart 2017

Almaniya millisinin və “Arsenal”ın futbolçusu Məsut Özil özünün "Facebook" hesabında Azərbaycanla bağlı paylaşım edib.

 

Sportarena.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində dünən keçirilən Azərbaycan – Almaniya oyununda iştirak edən yarımmüdafiəçi ölkəmizə təşəkkür edib. O, “isti qarşılanmaya görə təşəkkürlər, Azərbaycan” - sözlərini yazıb.

 

Qeyd edək ki, Azərbaycan - Almaniya oyunu qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

 


Digər xəbərlər

Xəbər xətti