Ronaldo və Mourinyo hamını qabaqladı

10:35 28 Mart 2017

Futbolçuların və məşqçilərin son bir ildə əldə etdikləri qazanc barədə məlumat açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, “Real”ın futbolçusu Kriştiano Ronaldo son bir ildə ən çox qazanan futbolçu olub. Onun illik qazancı 87,5 milyon avro təşkil edib. İkinci pillədə Lionel Messi qərarlaşıb. O, son 12 ayda 76,5 milyon avro gəlir əldə edib.

 

Neymar 55,5, Qaret Beyl isə 41 milyon avro qazanıb. Məşqçilər arasında ən çox gəlir əldə edən isə Joze Mourinyo olub. “Mançester Yunayted”in çalışdırıcısı son bir ildə 28 milyon avro qazanıb.


Digər xəbərlər

Xəbər xətti