"Neftçi"də iki itki - Biri zədəli, biri də...

12:10 28 Mart 2017

Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”ı qəbul edəcək “Neftçi” hazırlıqlarını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, “ağ-qaralar” son çempionla oyuna itkilərlə çıxacaq. Belə ki, zədə səbəbindən millimizin düşərgəsindən uzaqlaşdırılan Ruslan Abışovun “atlılar”la matçda iştirak etməyəcəyi dəqiqdir. Ruslanla yanaşı, Namiq Ələsgərov da “Qarabağ”la oyunda meydanda olmayacaq.  Bu da klublar arasındakı razılaşma ilə əlaqədardır. Anlaşmaya görə, Ələsgərov bu mövsün sabiq komandası ilə oyunlarda “Neftçi”nin düşərgəsində olmayacaq.

 

Qeyd edək ki,  “Neftçi” – “Qarabağ” oyunu martın 30-da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti