FİFA ayağı sınan futbolçunun maaşını ödəyəcək - Bir il

12:46 28 Mart 2017

“Everton”un müdafiəçisi Şeymus Koulmanın məvacibini sağalana qədərə FİFA ödəyəcək.

 

Sportarena.az xəbər verir ki, İrlandiya yığmasının şərəfini qoruyan Koulman DÇ-2018-in seçmə mərhələsində Uelslə keçirilən oyunda ağır zədə alıb. Onun ayağı qırılıb. FİFA milli komandaların heyətlərində zədə alan futbolçulara görə klublara kompensasiya ödəyir. Qurum bu proqram çərçivəsində Koulman sağalana qədər onun məvbacibini verəcək.

 

Koulmanın tam bərpası üçün bir il vaxt tələb olunur. FİFA hər həftə ona 58 min avro ödəyəcək.


Xəbər xətti