FİFA Messi ilə bağlı araşdırmalara başladı - Hakimləri söyüb?

13:41 28 Mart 2017

Argentina millisinin üzvü Lionel Messini hakimləri təhqir etməsi barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, Messinin DÇ-2018-in seçmə mərhələsində Çiliylə keçirilən oyunda yan xətt hakimini təhqir etdiyi bildirilir. Hakimlər oyundan sonra yazdıqları hesabatda Messinin onları təhqir etdiyini müşahidə etmədiklərini bildirsələr də, FİFA araşdırma aparmaq niyyətindədi.

 

Planetin ali futbol qurumundan Argentina Futbol Federasiyasına edilən xəbərdarlıqda bildirilir ki, hətta hakimlərin Messinin təhqiramiz ifadələrini eşitmədikləri təqdirdə belə, fakt sübutunu taparsa, futbolçu cəzalanacaq.

 

Qeyd edək ki, Leonun hakimlərə qarşı təhqiramiz ifadələr işlətdiyi sübut edilsə, onu 2 oyundan 4 oyuna qədər cəza gözləyir.


Digər xəbərlər

Xəbər xətti