Çin klubunun stadionu yandı

14:42 28 Mart 2017

Çin Super Liqa təmsilçisi “Şanxay Şenxua”nın stadionunda yanğın baş verib.

 

Sportarena.az xəbər verir ki, ölkənin ən iddialı klublarından olan klubun “Honqkou” stadionuna böyük zərər dəyib. Meydançaya heç bir ziyan dəyməsə də, arenanın üst qismi və oturacaqlar xəsarət alıb. Klubdan edilən açıqlamada heç kimin həyatını itirmədiyi açıqlanıb.

 

Çin mətbuatında yanğının səbəbinin bəlli olmadığı qeyd edilib.

 


Digər xəbərlər

Xəbər xətti