Robert Prosineçki: "Bizdə qəribə adamlar var" - AÇIQLAMA

14:58 28 Mart 2017

Millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində Ukrayna üzərindəki qələbəyə (1:0) görə Xorvatiya millisini tənqid edənlərə etirazını bildirib.

 

Sportarena.az xəbər verir ki,  xorvat mütəxəssis bunları deyib:

 

“Bizdə qəribə adamlar var. Komanda qalib gəlsə də, tənqid edirlər. Camaat, biz güclü komandanı udmuşuq. Şevçenkonun gəlişindən sonra Ukrayna əvvəlkindən daha yaxşı oynayır. Biz yaxşı oyun keçirdik. Görün, bu mövsüm bizim futbolçular neçə oyunda meydana çıxıb. Modriç əla təsir bağışlamasa da, yaxşı idi. Fikrimcə, bu qələbə sayəsində Xorvatiya Rusiyada keçiriləcək dünya çempionatına doğru ciddi addım atdı”.

 

Qeyd edək ki, hazırda Xorvatiya 13 xalla I qrupunun lideridir.


Digər xəbərlər

Xəbər xətti