"Milan"ın satılacağı tarix açıqlandı

16:57 28 Mart 2017

İtaliyanın "Fininvest" şirkəti "Milan" klubunun səhmlərinin 99,9 % -ini çinlilərə satmağı planlaşdırır. 
 
 
Sportarena.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Satış işləri 14 apreldə yekunlaşacaq. 320 milyon avro dəyərində olan müqavilə 3 martda imzalanmalı idi. Lakin çinlilərin son 100 milyon avro ödəməyi təklif etməkləri planları pozmuşdu. Satışın ümumi dəyəri 740 milyon avro təşkil edir. 
 
 
Xəbərə görə, çinlilərin köməyinə Amerikanın "Elliot" fondu çatıb. Onlar anlaşmanın baş tutması üçün 300 milyon avro ödəyəcək. 
 
 
Qeyd edək ki, Silvio Berluskoninin rəhbərlik etdiyi "Fininvest" şirkəti 1986-cı ildən "Milan" klubunun sahibidir. 


Digər xəbərlər

Xəbər xətti