FİFA Messini cəzalandırdı

20:18 28 Mart 2017

FİFA Argentina millisinin kapitanı Lionel Messini  cəzalandırıb.
 

Sportarena.az xəbər verir ki, 29 yaşlı futbolçu DÇ-2018-in seçmə mərhələsində Çiliyə qarşı matçda yan xətt hakiminin həm özünü, həm də anasını söydüyü üçün 4 oyunluq cəzaya məruz qalıb. Bundan başqa ona  10 min İsveçrə frankı dəyərində cərimə kəsilib.
 

Qeyd edək ki, “Barselona”nın hücumçusu cəza səbəbindən DÇ-2018-in seçmə mərhələsinin yalnız son oyununda meydana çıxa biləcək.


Digər xəbərlər

Xəbər xətti