Yığmamızda yeni kapitan

21:32 28 Mart 2017

21 yaşadək futbolçulardan ibarət milli komandamızın yeni kapitanının adı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, yığmamızın baş məşqçisi Yaşar Vahabzadə kapitan sarğısını Portuqaliyanın “Sportinq” klubunda forma geyinən Budaq Nəsirova həvalə edib. İstedadlı futbolçu hal-hazırda bu gün türkiyəli həmyaşıdları ilə keçirilən yoxlama oyununda komandanı kapitan sarğısında meydana çıxarıb.

 

Qeyd edək ki, Türkiyə və Azərbaycanın U-21 yığma komandaları arasında keçirilən görüş komandamızın 4:0 hesablı məğlubiyyəti ilə nəticələnib.


Digər xəbərlər

Xəbər xətti