"Azərbaycan millisi doğru yoldadı" - Dmitri Nazarov - AÇIQLAMA

11:40 29 Mart 2017

Millimizin üzvü Dmitri Nazarov Almaniya mətbuatına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, Almaniyanın “Aue” klubunda çıxış edən yarımmüdafiəçi bir neçə gün əvvəl keçirilən Azərbaycan - Almaniya matçı (1:4) haqda fikirlərini bildirib. Nazarov qol vurması haqda da danışıb:

 

“Bu, inanılmaz anlar idi. Qol vurduğum an sadəcə möhtəşəm idi. Oyundan sonra telefonum təbriklərdən az qala partlayırdı.

 

Dünya çempionlarına və yaşadığın ölkənin qapısına qol vurmaq əla hissdi. Çox yaxşı oynadıq, amma rəqib səhvlərimizi bağışlamadı. Səhvlər olmasaydı, fasiləyə bərabərliklə yollana bilərdik.

 

Azərbaycan millisi doğru yoldadı. Qələbə qazanmaq üçün hər şeyə sahibik. Robert Prosineçki hücum futbolunu sevir. Almanlarla oyunda topu özümüzdə saxlayardıq və nəzarət edirdik. Belə oyunlardan çox şey öyrənirsən”.


Digər xəbərlər

Xəbər xətti