"Qəbələ"də ciddi itkilər

14:29 29 Mart 2017

“Qəbələ”nin daha bir futbolçusu ölkə kubokunun yarımfinal  mərhələsinin ilk oyunları çərçivəsində “İnter”lə səfərdə baş tutacaq oyunda iştirak etməyə bilər.

 

Sportarena.az xəbər verir söhbət gənc futbolçu Tellur Mütəllimovdan gedir. Belə ki, zədəsi olan futbolçunun Bakıda baş tutacaq matçda meydana çıxı-çıxmayacağı dəqiqləşməyib. Tellurla yanaşı, Vitali Vernidub və Elvin Camalovun matçda iştirak etməyəcəyi dəqiqdir. Camalov fərdi məşqlərə başlasa da, ukraynalı müdafiəçi hələlik zədəsini sağaltmaqla məşqğuldur.

 

Qeyd edək ki, “İnter Arena”da baş tutacaq oyun saat 17:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti