Hollandiya millisində çalışmaqdan imtina etdi

16:26 29 Mart 2017

Hollandiya yığmasını kimin çalışdıracağı məsələsi hələ də açıq qalır.

 

Sportarena.az xəbər verir ki, namizədlərdən biri təklifdən imtina edib. “İnter”in sabiq baş məşqçisi Frank de Bur Hollandiya yığmasını çalışdırmaq istəməyib. Bu barədə məlumatı “Football İtalia” yayıb.

 

Nəşrin iddiasına görə, De Bur özünü klub məşqçisi kimi özünü təsdiq etmək niyyətindədi. Buna görə də, Hollandiya yığmasından imtina edib. O, klublardan təklif gözləyir.

 

Qeyd edək ki, Bolqarıstana məğlubiyyətdən (0:2) sonra Hollandiya yığmasının baş məşqçisi Danni Blind istefaya göndərilib.


Digər xəbərlər

Xəbər xətti