Tural Axundov: "Bundan sonra xal itirə bilmərik" - AÇIQLAMA

17:51 29 Mart 2017

Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə “Qarabağ”la qarşılaşacaq “Kəpəz” oyuna hazırlığı Bakıda davam etdirir.
 

Sportarena.az xəbər verir ki, komandanın kapitanı Tural Axundov Ağdam təmsilçisi ilə oyun öncəsi klubun saytına açıqlama verib. O, liderlə oyunun ağır olacağını bildirib:

 

“Uğurlu çıxışımızın ardını gətirmək istəyirik. Bundan sonra xal itirə bilmərik. Bizə məqsədimizə nail olmaq üçün qələbə lazımdır. Bilirik ki, “Qarabağ”a qarşı görüş ağır keçəcək. Rəqib çox güclüdür. Odur ki, məşqlərdə əzmlə çalışırıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq. Milli komandaların seçmə oyunları səbəbindən çempionatda yaranan fasilə xeyrimizə işlədi. İlk növbədə yaxşı istirahət edib psixoloji vəziyyətimizi düzəltdik. Növbəti oyunlara hazırlaşmaq üçün daha çox vaxtımız oldu”.
 

Qeyd edək ki, "Qarabağ" - "Kəpəz" matçı aprelin 2-də "Azərsun Arena"da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti