"Barselona" Arda Turandan məhrum oldu

18:59 29 Mart 2017

"Barselona"nın və Türkiyə millisinin futbolçusu Arda Turan 3 həftəyədək sıradan çıxıb.

 

Sportarena.az xəbər verir ki, tibbi müayinə nəticəsində 30 yaşlı yarımmüdafiəçinin sağ ayaq əzələsində zədə aşkarlanıb. "Ay-ulduzlular"ın düşərgəsində ikən xəsarət alan Arda Moldova ilə yoldaşlıq görüşünü buraxmalı olub.

 

İndi isə o, La Liqada minimum 4 oyunda və İtaliya "Yuventus"una qarşı Çempionlar Liqasının ilk 1/4 final qarşılaşmasında iştirak etməyəcək. Bərpa prosesi plan üzrə getsə, Turan aprelin 19-da "Yuventus"la cavab görüşünə və ya aprelin 23-də "Real"la La Liqa matçına hazır olacaq.


Digər xəbərlər

Xəbər xətti