"Qarabağ" - "Kəpəz" matçının keçiriləcəyi məkan dəyişdirildi

11:32 30 Mart 2017

Azərbaycan Premyer Liqasında 24-cü turun “Qarabağ” - “Kəpəz” matçının stadionunda dəyişiklik edilib.

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, “Azersun Arena”nın ot örtüyündə problem yarandığına görə oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

Qeyd edək ki, “Qarabağ” - “Kəpəz” görüşü aprelin 2-i, saat 18:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti