Şvaynştayger rəsmən ABŞ klubunda

12:58 30 Mart 2017

Almaniya millisinin sabiq yarımmüdafiəçsii Bastian Şvaynştayqer ABŞ-ın "Çikaqo Fayr" klubunun futbolçusu qismində təqdim olunub.

 

Sportarena.az xəbər verir ki, bir il müddətinə nəzərdə tutulan müqavilənin şərtinə görə, "Mançester Yunayted"dən transfer olunan 32 yaşlı oyunçu ilinə 4,5 milyon dollar qazanacaq.

 

Şvaynştayqerin yeni klubunda debütü aprelin 1-də MLS çempionatının "Monreal"a qarşı keçiriləcək ev oyununda baş tuta bilər.


Xəbər xətti