"Qarabağ" Volkan Dəmirəli transfer edir?

13:54 30 Mart 2017

“Qarabağ” “Fənərbaxça”nın qapıçısı Volkan Dəmirələ 2 illik müqavilə təklif edib.

 

Sportarena.az xəbər verir ki, belə iddia ilə Türkiyə mətbuatı çıxış edib. Lakin Volkan Dəmirəl “son ana qədər “Fənərbaxça”da qalmaq üçün çalışacam” deyib və Azərbaycan klubunun təklifini geri çevirib.

 

Qeyd edək ki, Volkanın İstanbul klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Superliqa təmsilçisi təcrübəli qolkiperə yeni müqavilə təklif etməkdə maraqlı deyil.


Digər xəbərlər

Xəbər xətti