Rüstəm Rəhimov kitab yazdı - Bu mənim alın yazımdır

17:24 30 Mart 2017

Bu gün AFFA-nın inzibati binasında Azərbaycan futbol hakimliyinin istedadlı nümayəndələrindən biri, ümumittifaq dərəcəli hakim, futbol veteranı Rüstəm Rəhimovun karyerasından bəhs edən “Bu mənim alın yazımdır” kitabının təqdimat mərasimi keçirilib. AFFA-nın maliyyə dəstəyi hesabına Azərbaycan və rus dillərində nəşr olunmuş kitabın müəllifi Qvami Məhəbbətoğludu.

 

Sportarena.az xəbər verir ki, tədbirdə vaxtilə Rəhimovla birgə çiyin-çiyinə oynamış və hakimlik etmiş, eləcə də “Neftçi” klubunun 80 illik yubileyi ilə əlaqədar ölkəmizdə səfərdə olan futbol veteranları, Azərbaycan idman ictimaiyyətinin digər nümayəndələri, incəsənət xadimləri və mətbuat işçiləri iştirak ediblər. Təqdimat mərasiminə təşrif buyuranlar Rəhimovla bağlı xatirələrini bölüşüb, xoş sözlər söyləyiblər.

 

Rüstəm Rəhimov tədbir iştirakçılarına minnətdarlığını bildirib, bundan sonra da Azərbaycan futbolunun inkişafı məqsədilə fəaliyyətini davam etdirəcəyini deyib.


Digər xəbərlər

Xəbər xətti