Fatih Terim millimizin üzvündən danışdı - "Belə bir ayrı-seçkilik var" - AÇIQLAMA

18:42 30 Mart 2017

Türkiyə millisinin baş məşqçisi Fatih Terim Türkiyə Super Liqasında tətbiq edilən legioner limitindən danışıb.

 

Sportarena.az xəbər verir ki, o, hazırkı oyunçu limitinin işə yaramadığını bildirib.Təcrübəli məşqçi indiki limitin başqa milli komandalarda çıxış edən türkiyəli futbolçulara mane olduğunu deyib. 63 yaşlı mütəxəssis milli komandamızın və “Bursaspor”un hücumçusu Dəniz Yılmazı limitlə bağlı məsələdə nümunə gətirib:

 

"Dəniz Yılmaz Azərbaycan yığmasını seçdikdən sonra avomatik olaraq legioner oldu. Daha əvvəl yerli statusu almış futbolçular başqa ölkənin millilərində çıxış edəndə artıq legioner olurlar. Belə bir ayrı-seçkilik var. Bu qayda tez uduzdu, əmin ola bilərsiz”.

 

Qeyd edək ki, son günlər Türkiyədə legioner limitinin dəyişdirilməsiylə bağlı müzakirələr aparılır.


Digər xəbərlər

Xəbər xətti