Əmrə Mor: “Real”da oynamaq istəyirəm" - AÇIQLAMA

10:21 31 Mart 2017

Dortmund “Borussiya”sının və Türkiyə yığmasının üzvü Əmrə Mor arzusu barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, Əmrə gələcəkdə çıxış etmək istədiyi klubun adını açıqlayıb. O, ulduz futbolçu olmaq istədiyini də vurğulayıb:

 

“Borussiya” dünyanın ən güclü klublarından biridi. Mən burda çox şey öyrənirəm. Ancaq etiraf edim ki, “Real”da oynamaq, ulduz olmaq istəyirəm. Ən böyük arzum o klubun formasını geyinməkdi. Amma onu da bilirəm ki, indi bu istəyimə çatmaq üçün hələ tezdi. Öz potensialıma bələdəm, “Barselona”da da çıxış edə bilərəm. Nə vaxt? Bax, bunu bilmirəm”.


Digər xəbərlər

Xəbər xətti