Qazaxıstanda uşağa Zinəddin Zidan adını qoydular - FOTO

15:31 31 Mart 2017

Qazaxıstanın Atırau şəhərində dünyaya gələn oğlan uşağı dünyanın diqqət mərkəzinə düşüb.

 

Sportarena.az xəbər verir ki, yeni doğulmuş körpəyə valideynləri Zinəddin Zidan ad və soyadını veriblər. Fevralda dünyaya göz açan uşağı valideynləri əfsanəvi futbolçu, hazırda “Real”ı çalışdıran Zidanın şərəfinə adlandırıblar.

 

Qazaxıstanlı Zinəddin Zidanın valideynləri bildiriblər ki, onlar veteran futbolçunun pərəstişkarıdılar.

 


Digər xəbərlər

Xəbər xətti