“Barselona”nı çalışdırmaq fikrində deyiləm" - AÇIQLAMA

15:54 31 Mart 2017

“Real Soseydad”ın baş məşqçisi Eusebio Sakristan yeni mövsümdən “Barselona”nı çalışdıracağı haqda yayılan xəbərlərə münasibət bildirib. 

 

Sportarena.az xəbər verir ki, 52 yaşlı mütəxəssis hazırda Kataloniya klubunda işləmək fikrində olmadığını söyləyib:

 

“Barselona”nın nümayəndələrindən kimsə mənimlə əlaqə saxlamayıb. Daha əvvəl də söyləmişəm. Bütün fikrim “Real Soseydad”la bağlıdır. Təbii ki, gələcəkdə nələrin olacağını heç birimiz bilmirik. Lakin hazırda “Barselona”nı çalışdırmaq fikrində deyiləm. İndiki məqamda klubumu dəyişməyə ehtiyac görmürəm”.

 

Qeyd edək ki, onun rəhbərlik etdiyi "Real Soseydad" 28 oyundan 48 xalla 6-cı sırada qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti