“Sevilya”nın idman direktoru Monçi (Ramon Rodrigez) klubu tərk edəcək.
Sportarena.az xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırırlar. Bu barədə məlumatı “Sevilya”nın saytı da təsdiqləyib. Bu gün klub prezidenti Xose Kastronun iştirakı ilə mətbuat konfransı keçiriləcək və Monçinin gedişi rəsmən elan olunacaq.
Klubun son illərdəki uğurlu çıxışında pay sahibi olan mütəxəssis 2000-ci ildən buradada çalışırdı.