FİFA rüşvət qalmaqallarıyla bağlı raport verdi - 1300 səhifə

18:52 31 Mart 2017

FİFA iki ilə yaxındı bu qurumun içində davam etdirdiyi araşdırmaları 1300 səhifəlik raport halına salaraq, aidiyyatı orqanlara təqdim edib.

 

Sportarena.az xəbər verir ki, FİFA-nın rəsmi internet səhifəsindən edilən açıqlamada 2015-ci ildən başlayaraq rüşvət və korrupsiya ilə bağlı araşdırmaların sona çatdığı bildirilib. Əldə olunan məlumatlar İsveçrə prokurorluğuna və ABŞ-dan olan məsul şəxslərə çatdırılıb. Açıqlamada bildirilib ki, 22 ay ərzində 2,5 milyon sənəd incələnib, çox sayda şəxsin ifadəsi alınıb.

 

FİFA prezidenti Canni İnfantino bununla bağlı “futbolda cinayət işləyən insanları dayandırmaq üçün çox çalışdıq. Artıq araşdırmalarımız bitdi və lazım olan materialları məsul şəxslərə çatdırdıq. Əldə olunan sənədlər sayəsində futbolun yenidən lazım olan hörməti qazanacağına əminəm” açıqlamasını verib.


Digər xəbərlər

Xəbər xətti