"Bavariya" Robbenə əvəzləyici tapdı

18:15 1 Aprel 2017

"Bavariya" növbəti transferini reallaşdırmaq istəyir.

 

Sportarena.az xəbər verir ki, Münhen klubu "Bayer"in futbolçusu Julian Brandti heyətinə qatır. "Bild"in məlumatına görə, Leverkuzen təmsilçisi ilə 2019-cu ilədək müqaviləsi olan 20 yaşlı futbolçunun anlaşması bu mövsümün əvvəlində yenilənib və azad olma maddəsi 12.5 milyon avrodan 30 milyona qaldırılıb.

 

"Bavariya" bu məbləği ödəməyə hazırdı. Münhen klubu Julian Brandti heyətinə qataraq 33 yaşlı Aryen Robbenin yerini doldurmaq istəyir.


Digər xəbərlər

Xəbər xətti