Enrike Pikeni oynatmayacaq

21:36 1 Aprel 2017

“Barselona”nın müdafiəçisi Jerard Pike La Liqanın 29-cu turunun “Qranada”ya qarşı oyununu buraxacaq.

 

Sportarena.az xəbər verir ki, bu haqda Kataloniya klubunun baş məşqçisi Luis Enrike keçirdiyi mətbuat konfransında bildirib. O, son vaxtlar Pikenin çox oynadığını deyərək futbolçuya istirahət vermək qərarına gəldiyini söyləyib.

 

Qeyd edək ki, “Qranada” – “Barselona” oyunu sabah keçiriləcək.


Xəbər xətti