Eddi İsrafilov "qol orucu"nu pozdu

10:49 2 Aprel 2017

Millimizin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu "Kadiz" İspaniya II liqasında növbəti oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, komanda 32-cu turda səfərdə “Mursiya” ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. "Kadiz"in yeganə qolunu 45-ci dəqiqədə İsrafilov vurub. Yarımmüdafiəçi 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, "Kadiz" 32 turdan sonra 51 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.


Xəbər xətti