"Traktor Sazi" Təbriz derbisində xal itirdi

11:26 2 Aprel 2017

İran çempionatında 25-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, Təbrizin “Traktorsazi” klubu evdə şəhərin digər təmsilçisi “Qostareş Fulad”la qarşılaşıb. “Qırmızı qurdlar” həmşəhərliləri ilə oyunda xal itkisiylə üzləşib. Oyun 1:1 hesablı bərabərliklə nəticələnib. Bu heç-heçəylə “Traktorsazi” bir pillə geriləyərək 3-cü pilləyə düşüb. “Qırmızı qurdlar”ın hesabında 47 xal var. “Qostareş Fulad” isə 32 xalla 9-cu pillədə qərarlaşıb.

 

Şəhərin digər təmsilçisi “Maşınsazi” səfərdə “Paykan”a 1:3 hesabıyla uduzub. “Yaşıl-ağlar” 16 xalla əvvəlki kimi sonuncu, 16-cı pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti