Elnur Cəfərov bu tur nə etdi?

13:44 2 Aprel 2017

Futbol üzrə Xorvatiya ikinci liqasında 25-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası - "Duqopolye" də növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda "Şibenik"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0. Elnur bu matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, "Duqopolye" geridə qalan turlarda topladığı 36 xalla 12 klub arasında 5-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti