"Qarabağ"ın oyunu canlı yayımlanacaq

14:13 2 Aprel 2017

"Qarabağ" bu gün Azərbaycan Premyer Liqasının 24-cü turunda Tofiq Bəhramov adına Respublika stadionunda "Kəpəz"i qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, qarşılaşma saat 18:30-dan etibarən Ağdam klubunun "youtube" kanalında canlı yayımlanacaq.

 

Qeyd edək ki, turun bütün görüşləri eyni gündə keçiriləcəyindən saat 16:30-da başlayacaq "Sumqayıt" - "Neftçi" və saat 18:30 start fiti veriləcək "Qəbələ" - "Zirə" matçları "CBC sport" vasitəsilə yayımlanacaq.


Xəbər xətti