"Kəpəz"in futbolçusu: "Bütün qarşılaşmalarda oynamaqla fərqlənmək istərdim” - AÇIQLAMA

15:02 2 Aprel 2017

Azərbaycan Premyer Liqasının 24-cü turunun “Qarabağ”a qarşı görüşünü cəza səbəbindən buraxacaq Şəhriyar Rəhimov cari mövsümdə ilk dəfə “Kəpəz”ə kömək edə bilməyəcək.

 

Sportarena.az xəbər verir ki, buna kimi bütün oyunlarda əsas heyətdə çıxış etmiş müdafiəçi bununla bağlı klubun saytına açıqlama verib:

 

“Mənim yoxluğum düşünmürəm ki, komandanın oyununa təsir etsin. Matçın taleyini tək başına həll edən futbolçu deyiləm. Yerimdə oynayacaq oyunçu komandaya maksimum şəkildə faydalı olmağa çalışacaq. Əsas odu ki, “Kəpəz” son turlardakı uğurlu çıxışını davam etdirə bilsin. Çempionatda bundan əvvəlki matçlarda forma geyinmişəm. Təbii ki, bütün qarşılaşmalarda oynamaqla fərqlənmək istərdim”.  


Xəbər xətti