AZAL rəsmən sonuncu oldu

19:07 2 Aprel 2017

Azərbaycan Premyer Liqasında cari mövsümdə sonuncu pilləni tutacaq komandanın adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, bu, AZAL olub. Tərlan Əhmədovun baş məşqçisi olduğu komanda 24-cü tur çərçivəsində "İnter"ə az uduzmaqla (1:2) çempionatı 8-ci yerdə bitirməli olub. Son 4 turda qazanılacaq qələbələr belə "təyyarəçilər"ə kömək etməyəcək.

 

Premyer Liqamızın cari mövsümünün reqlamentinə əsasən, son pillənin sahibi Birinci diviziona düşməlidi.

 

Qeyd ki, "təyyarəçilər" 2005-ci ildən bu yana baş tutan 12 mövsümün hamısındə Premyer Liqada iştirak edib.


Digər xəbərlər

Xəbər xətti