"Hər şeyə özüm cavab verəcəm” - Elxan Abdullayev - AÇIQLAMA

19:14 2 Aprel 2017

“Neftçi” Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə “Sumqayıt”a 0:2 hesabı ilə uduzub.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev matçla bağlı fikirlərini bildirib:

 

“Komandam qalib gəlmək istəsə də, alınmadı. Məncə, payımızı aldıq. Bizim etmək istədiklərimizi “Sumqayıt” etdi. Çempionatda və kubokda hələ də məğlub olmamışıq, mübarizə aparırıq. Heç nədən qorxmuram, hər şeyə də özüm cavab verəcəm”.


Digər xəbərlər

Xəbər xətti