"Nə deyəcəyimi bilmirəm" - Samir Abasov - AÇIQLAMA

19:53 2 Aprel 2017

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 24-cü turunda öz meydanında “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra “kimyaçılar”ın baş məşqçisi Samir Abasov matçla bağlı fikirlərini bildirib:

 

“İlk dəfədi ki, bu mövsüm ərzində nə deyəcəyimi bilmirəm. Uşaqlarda yaxşı motivasiya var idi. İnanırsız, necə oynayacağımızı bilmirdik. Bu gün iki hücumçu ilə oynadıq, qələbə qazanmalı idik. Say düzəlsin deyə, Xəyal Nəcəfovun adını oyunun iştirak ərizəsinə daxil etmişdik. Rəşad zədəli idi, Çernişev də ötən gün zədələnmişdi. Qələbə üçün ac idik, şükürlər olsun ki, bacardıq. Bütün oyunlar çətindi. Məncə, AZAL və “Zirə”ylə oyunlardan sonra avrokubok zonasına mübarizə uğrunda taleyimiz məlum olacaq. Sona qədər döyüşəcəyik”.


Xəbər xətti