"Maaşlarda gecikmələr olsa da..." - Zaur Svanadze - AÇIQLAMA

20:15 2 Aprel 2017

“İnter” Azərbaycan Premyer Liqasının 24-cü turunda öz meydanında AZAL-ı 2:1 hesabı ilə məğlub edib.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra “İnter”in baş məşqçisi Zaur Svanadze matçla bağlı fikirlərini bildirib:

 

“Çətin oyun oldu. AZAL-a qarşı həmişə belə olur. Xüsusilə, ikinci hissədə bizim üçün daha çətin oldu. Rəqibin imkanları olsa da, bir neçə dəfə bəxtimiz gətirdi. Çətin də olsa, qələbə qazandığımıza sevinirəm. Futbolçularım peşəkardılar. Onlar da bilirlər ki, maaşlarda gecikmələr olsa da, yaxşı nəticələr qazanmaqla sponsorların diqqətini çəkmək olar”.


Digər xəbərlər

Xəbər xətti