"Sportinq" 5 qolla qalib gəldi, Budaq Nəsirov...

11:13 3 Aprel 2017

 

Portuqaliya Sequndasında 34-cü tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, həmyerlimiz Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti oyununu keçirib. Lissabon təmsilçisi evdə “Olhanense”ylə üz-üzə gəlib. Oyun “zolaqlılar”ın 5:1 hesablı qələbəsiylə nəticələnib. Budaq komandasının böyük hesablı qələbəsini ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, 34 oyundan sonra hesabında 46 xal “Sportinq B” 22 komanda arasında 12-ci pillədə qərarlaşıb.


Xəbər xətti