Ramil Şeydayevin "Jilina"da "siftə"si - VİDEO

11:32 3 Aprel 2017

Slovakiya Fortuna Liqasında 23-cü turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi “Jilina” evdə “Tatran Presov”la qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Meydana oyunun 62-ci dəqiqəsində daxil olan Ramil, 79-cu dəqiqədə komandasının 3-cü qoluna imza atıb. Bu, Şeydayevin "Jilina"da vurduğu ilk qoldu.
 

Qeyd edək ki, 23 oyundan sonra aktivində 55 xal olan “Jilina” turnir cədvəlinin zirvəsində yer alıb.

 

 


Xəbər xətti