Denis Silvadan 200-cü qol

13:51 3 Aprel 2017

Azərbaycan Premyer Liqasında mövsümün 200-cü qolu vurulub. 
 

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, yubiley qolu XXIV turun “İnter” – AZAL görüşünə (2:1) təsadüf edib.  Maçda hesabı açan Denis Silva 200-cü qolun müəllifi olub. O, 48-ci dəqiqədə qonaqları məyus edib. Tur başa çatandan sonra isə mövsümdə vurulan qolların ümumi sayı 207-yə qədər artıb. Bunlardan 123-ü meydan sahibləri, 84-ü qonaqların hesabındadır. 96 matçdakı oSrta məhsuldarlıq 2,16-ya bərabərdir.



Qeyd edək ki, çempionatın 1-ci qolunu 2016-cı il avqustun 6-da keçirilən AZAL – “Neftçi” oyununun (0:2) 60-cı dəqiqəsində qonaqların futbolçusu Elvin Bədəlov vurub. 50-ci qol isə “Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin hesabındadır. O, V turun sentyabrın 19-da keçirilən “Zirə” ilə matçının (2:0) 20-ci dəqiqəsində fərqlənib. 100-cü qol isə X turun oktyabrın 30-da baş tutan “İnter” – “Sumqayıt” (3:1) görüşünə təsadüf edib. Nizami Hacıyevin 80-ci dəqiqədəki qolu yubiley xarakteri daşıyıb. XXVII turun “Qarabağ” – “Zirə” görüşündə (2:0) Ağdam klubunun futbolçusu Əfran İsmayılov 150-ci qolun müəllifi olub. O, fevralın 8-də baş tutan qarşılaşmanın 13-cü dəqiqəsində hesabı açıb.


Xəbər xətti