“Neftçi”nin 2 futbolçusu millidən kənarlaşdırıldı

16:14 3 Aprel 2017

Aprelin 2-dən etibarən Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. 

 

Sportarena.az AFFA-ya istinadən xəbər verir ki, zədəli olduğu üçün Melih Serin, Valeh Qəhrəmanlı (hər ikisi “Neftçi”) və İlahi Quliyev (“Zirə”) hazırlıq prosesindən kənarlaşdırılıb.

 

Onların əvəzinə Hüseyin Mürsəlov, Ülvi Mədətov (hər ikisi “Qəbələ”) və Mürvət Məmmədli ("Vətən") toplanışa dəvət edilib.


Digər xəbərlər

Xəbər xətti