"Barselona"ın futbolçusu zədələndi

16:52 3 Aprel 2017

İspaniya La Liqasının 29-cu turunda "Qranada"nı məğlub edən "Barselona"da Rafinya Alkantara zədə alıb.
 
 
Sportarena.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi meniskdə problem yaşayıb. Bu səbəbdən gənc futbolçu matçınh 17-ci dəqiqəsində əvəzlənib. O, tibbi müayinədən keçəndən sonra zədənin nə dərəcədə ciddi olduğu müəyyənləşəcək.
 
 
Qeyd edək ki, bu mövsüm katalon klubunun heyətində 18 oyuna çıxan Rafinya 6 qol və 2 məhsuldar ötürmənin müəllifi olub. 


Xəbər xətti