"Səbail"in zədəliləri sıraya döndü

18:01 3 Aprel 2017

"Səbail"in müdafiəçiləri Qvanzav Maqomedov və Eltun Yaqublu artıq zədələrini sağaldırlar.

 

Sportarena.az xəbər verir ki, Birinci divizionun 14-cü turu çərçivəsində baş tutan "Mil-Muğan"la matçın ikinci hissəsində zədələnən Qvanzav Maqomedov və 17-ci tur qarşılaşmasında "Göyəzən"lə oyunöncəsi məşqlərin birində sıradan çıxan Eltun Yaqublu bərpa prosesini başa vurublar. "Aslanlar" aprelin 1-dən etibarən yüngül məşqlərə start veriblər.

 

Onların aprelin 14-ü "Zaqatala" ilə səfər qarşılaşmasında meydana çıxıb-çıxmayacaqları hələ ki dəqiq bilinmir.


Digər xəbərlər

Xəbər xətti