"Barselona" arzusuna çatdı - Messi yeni müqaviləyə razılıq verdi

12:38 4 Aprel 2017

“Barselona”nın Lionel Messi ilə yeni müqavilə imzalamaq üçün etdiyi cəhdlər nəhayət uğurlu alınıb.

 

Sportarena.az xəbər verir ki, tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilib. Messi “Barselona” ilə 5 illik müqavilə imzalayacaq. Müqavilənin maliyyə şərtləri barədə açıqlama verilmir. Argentinalı futbolçu yeni müqaviləyə mayın 5-də imza atacaq. 

 

Qeyd edək ki, Leonun “Barselona” ilə qüvvədə olan müqaviləsi 2018-ci ilin yayında başa çatırdı.

 


Xəbər xətti