UEFA təşkil etdiyi turnirlərdə qaydaları dəyişdi - AL və ÇL də daxil olmaqla

15:28 4 Aprel 2017

UEFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclas Finlandiyanın paytaxtı Helsinkidə, sabah keçiriləcək konfrans ərəfəsində təşkil olunub. Tədbirdə komitənin yeni üzvləri seçiləcək. Komitəyə namizədlər arasında AFFA-nın baş katibi Elxan Məmmədov da var. Toplantıda, milli və klub miqyaslı turnirlərlə bağlı vacib qərarlar verilib.

 

2019-cu ildən 2021-ci ilə kimi Çempionlar Liqası və Avropa Liqasının finalının eyni həftədə keçirilməsi qərara alınıb. 2019-cu ildə Avropa Liqasının finalının mayın 29-da keçiriləcəyi bildirilib. Turnirlərin finalları indi olduğu kimi, müxtəlif şəhərlərdə keçiriləcək. Bundan əvvəlki qaydaya əsasən, Avroliqanın finalı ÇL-dən 10 gün əvvəl keçirilirdi.


Bu il Avroliqanın finalı mayın 24-də Stokholmda, ÇL-in finalı isə iyulun 3-ü Kardiffdə oynanılacaq.

U-21-lər arasında Avropa çempionatının final mərhələsinin tarixi də təsdiqlənib. İtaliyadakı AÇ-2019 iyunun 16-30-da baş tutacaq.

Futzal üzrə Avropa çempionatları 2022-ci ildən yeni formatda keçiriləcək. Azərbaycan millisinin daimi iştirakçısına çevrildiyi final mərhələsi 2 ildən bir 12 komandanın iştirakı ilə keçirilirdi. Amma artıq 2022-ci ildən 16 komandalı 4 ildən bir təşkil olunacaq yarışa üstünlük veriləcək. AÇ-2018 isə indiki qaydalarla sonuncu yarış olacaq.


Digər xəbərlər

Xəbər xətti