"Zirə"nin Qəbələdə zədələnən futbolçusundan xəbər var

16:57 4 Aprel 2017

“Qəbələ” ilə səfər matçında zədələnərək oyunu yarımçıq tərk edən Milan Dyuriçin zədəsi elə də ciddi deyil.

 

Sportarena.az xəbər verir ki, ayağından xəsarət alan yarımmüdafiəçi tibbi müayinədən uğurla keçib. Onun növbəti turda “İnter”lə ev matçında iştirak edəcəyi gözlənilir. 

 

Qeyd edək ki, “Zirə” - “İnter” matçı aprelin 10-da, Zirə Olimpiya İdman Kompleksində keçiriləcək.

 


Digər xəbərlər

Xəbər xətti